...

Bakıda tank əleyhinə mina tapılıb

Hadisə Materials 8 Avqust 2012 12:27 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda hərbi sursata oxşar şübhəli əşyanın olması barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Bakıda tank əleyhinə mina tapılıb

Azərbaycan, Bakı, 8 avqust / Trend müxbir K.Zərbalıyeva/

Bakıda tank əleyhinə mina tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda hərbi sursata oxşar şübhəli əşyanın olması barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb, nazirliyin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birlikdə şübhəli əşyaya baxış keçirib. Müəyyən olunub ki, bu, "TM-62M" markalı tank əleyhinə təlim minasıdır.

Aşkarlanmış sursat aidiyyəti üzrə təhvil verilib. Əraziyə baxış keçirilmiş və digər şübhəli əşya aşkar edilməyib.

Xəbər lenti

Xəbər lenti