...

Bakıda yük maşını minik avtomobili ilə toqquşub, ölən və xəsarət alanlar var

Hadisə Materials 11 Avqust 2012 16:50 (UTC +04:00)
Bakıda yük maşını minik avtomobili ilə toqquşub. Ölən və xəsarət alanlar var. Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilir.
Bakıda yük maşını minik avtomobili ilə toqquşub, ölən və xəsarət alanlar var

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Bakıda yük maşını minik avtomobili ilə toqquşub. Ölən və xəsarət alanlar var. Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda "Opel" markalı minik avtomobili və "KAMAZ" markalı yük avtomobili toqquşub.

Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb, "Opel" markalı minik avtomobilində olan 3 nəfər sərnişin xəsarət alıb və xəstəxanaya aparılıb. Həmin avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Tarverdiyev İlqar Abbasqulu oğlu isə hadisə yerində vəfat edib.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti