...

İrandan Azərbaycana narkotik dərman preparatı keçirmək istəyən şəxs saxlanılıb

Hadisə Materials 14 Avqust 2012 17:17 (UTC +04:00)
İrandan Azərbaycana narkotik dərman preparatı keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.
İrandan Azərbaycana narkotik dərman preparatı keçirmək istəyən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir E.Mehdiyev/

İrandan Azərbaycana narkotik dərman preparatı keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

Trend Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, Billəsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Vəzir Əhmədova məxsus çamadana baxış zamanı gömrük nəzarətinə bəyan olunmayan 2 ədəd qutuda üzərində "Methadone 40" sözləri yazılmış cəmi 190 ədəd həb, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daxil olan metadon adlı dərman preparatı aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti