...

Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınmışdır

Hadisə Materials 18 Avqust 2012 03:28 (UTC +04:00)
Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınmışdır

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınmışdır. Bu barədə Trend-ə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Cümə günü həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1976-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4; 120.2.6; 120.2.7; 120.2.9 maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş məhkum Taleh Razim oğlu Əkbərzadəyə qardaşı Rəfail Razim oğlu Əkbərzadənin gətirdiyi sovqata baxış keçirilən zaman kustar üsulla düzəldilmiş taxta asılqanın gizli saxlanc yerindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon, 1 (bir) ədəd elektrik qidalandırıcının birləşdiricisi, 1 (bir) ədəd Cin, və 1 (bir) ədəd Azərcell nömrələri aşkar edilərək götürülmüşdür.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti