...

Xızıda bir neçə gün öncə odlu silahla qətl törədən şəxs həbs olunub

Hadisə Materials 27 Avqust 2012 17:38 (UTC +04:00)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin Trend-ə daxil olan birgə məlumatında qeyd olunur ki, avqustun 24-də Xızı rayonunun Şuraabad qəsəbəsi ərazisində naməlum şəxs odlu silahdan atəş açaraq Siyəzən şəhər sakini Elşən Ələkbərova ağır bədən xəsarəti yetirdikdən sonra ona məxsus "AzSamand" markalı avtomobillə hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Xızıda bir neçə gün öncə odlu silahla qətl törədən şəxs həbs olunub

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Xızıda qətl törədən şəxs həbs olunub.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin Trend-ə daxil olan birgə məlumatında qeyd olunur ki, avqustun 24-də Xızı rayonunun Şuraabad qəsəbəsi ərazisində naməlum şəxs odlu silahdan atəş açaraq Siyəzən şəhər sakini Elşən Ələkbərova ağır bədən xəsarəti yetirdikdən sonra ona məxsus "AzSamand" markalı avtomobillə hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Dərhal faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Xızı rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

"İsti izlər"lə həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat- axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətmiş rayonun Zarat kənd sakini Məhərrəm Heybətov müəyyən edilərək yaxalanıb.

Tədbirlərini davam etdirən istintaq-əməliyyat qrupu Heybətov tərəfindən gizlədilmiş mərhuma məxsus avtomaşının və cinayətin aləti olan bir ədəd ov tüfənginin yerini də aşkar edərək götürüb.

Heybətov ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib. Ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti