...

Kərkük-Yumurtalıq boru kəmərində partlayışı suriyalı qadın törədib

Hadisə Materials 29 Avqust 2012 14:52 (UTC +04:00)
Bir neçə gün bundan əvvəl İraq neftini Türkiyəyə nəql edən Kərkük-Yumurtalıq boru kəmərində partlayış törədən və partlayışın dalğasından həlak olan terrorçu qadın Suriya vətəndaşı olub.
Kərkük-Yumurtalıq boru kəmərində partlayışı suriyalı qadın törədib

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir A.Tağıyeva/

Bir neçə gün bundan əvvəl İraq neftini Türkiyəyə nəql edən Kərkük-Yumurtalıq boru kəmərində partlayış törədən və partlayışın dalğasından həlak olan terrorçu qadın Suriya vətəndaşı olub. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Qeyd edək ki, partlayış avqustun 26-da baş verib və iki gün İraqdan neft nəqlinni dayandırılmasına səbə olub.

Bundan əvvəl həmin neft kəmərində PKK yaraqlıları tərəfindən bir neçə dəfə təxribat törədilib. Sonuncu dəfə nefet kəməri avqustun əvvəlində partladılıb. Həmin vaxt Türkiyəyə neftin nəqli bir həftə dayandırılmışdı.

Xəbər lenti

Xəbər lenti