...

Gəncədə saxta əsginazlar satan şəxslər tutulub

Hadisə Materials 31 Avqust 2012 12:50 (UTC +04:00)
Nizami (Gəncə) Rayon Polis İdarəsinin və Milli Təhlükəsizlik Nazirliyinin Gəncə Şəhər İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq İmanov, Cahangir Fərzəliyev və Elnur Xudaverdiyev 100 ədəd 50 manatlıq saxta əsginazı 2000 manata satarkən tutulublar.
Gəncədə saxta əsginazlar satan şəxslər tutulub

Azərbaycan, Bakı,31 avqust /Trend müxbir K.Zərbalıyeva/

Gəncədə saxta əsginazlar satan şəxslər tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsinin və Milli Təhlükəsizlik Nazirliyinin Gəncə Şəhər İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq İmanov, Cahangir Fərzəliyev və Elnur Xudaverdiyev 100 ədəd 50 manatlıq saxta əsginazı 2000 manata satarkən tutulublar.

İmanovun evinə baxış zamanı saxta əsginazların hazırlandığı "HP Desget 1050 Print Sean Sopu" markalı skayner də aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti