...

Tovuzda ağır yol qəzası: 5 nəfər xəsarət alıb, bir nəfər ölüb

Hadisə Materials 2 Oktyabr 2012 09:30 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu, Aşağı Quşçu kəndində (rayon mərkəzindən 7 km aralı) 1989-cu il təvəllüdlü Korqut Albinc Əli oğluna məxsus "Ford" markalı minik avtomobili 1992-ci il təvəllüdlü Abbasov Elmar Siyasət oğluna məxsus "VAZ" markalı minik avtomobili ilə toqquşub.
Tovuzda ağır yol qəzası: 5 nəfər xəsarət alıb, bir nəfər ölüb

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Tovuzda ağır yol qəzası baş verib, 5 nəfər xəsarət alıb, bir nəfər ölüb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu, Aşağı Quşçu kəndində (rayon mərkəzindən 7 km aralı) 1989-cu il təvəllüdlü Korqut Albinc Əli oğluna məxsus "Ford" markalı minik avtomobili 1992-ci il təvəllüdlü Abbasov Elmar Siyasət oğluna məxsus "VAZ" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə "Ford"un sürücüsü Korqut və avtomobildə olan 1961-ci il təvəllüdlü Korqut Yasəmən Çərkəz qızı, 1980-ci il təvəllüdlü Nurtic Əli qızı,1989-cu il təvəllüdlü Ədikə Parlaq Riyadvan qızı, 2009-cu il təvəllüdlü Korqut Bərkin Əli oğlu aldıqları ağır bədən xəsarətləri alıblar və yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi təcili yardım xidməti tərəfindən Tovuz rayon mərkəzi xəstəxanasına aparılıblar.

"VAZ" markalı avtomobilin sürücüsü Abbasov bədən xəsarətləri alıb. Avtomobildə olan 1989-cu il təvəllüdlü Məmmədov Vüqar Fazil oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq xəsarət alan sürücü təcili yardım xidmətinə və meyit aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti