...

Bakıda yeni inşa edilən tuneldə baş verən çökmənin səbəbi açıqlanıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 2 Oktyabr 2012 11:15 (UTC +04:00)
Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında Ziya Bünyadov prospektinin Dərnəgül hissəsində tikilməkdə olan tunelin istinad divarının bir hissəsi çöküb.
Bakıda yeni inşa edilən tuneldə baş verən çökmənin səbəbi açıqlanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yeni inşa edilən tuneldə çökmə olub.

Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında Ziya Bünyadov prospektinin Dərnəgül hissəsində tikilməkdə olan tunelin istinad divarının bir hissəsi çöküb.

Hadisə zamanı ölüm və xəsarət faktı qeydə alınmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində inşa olunan tunelin girişində istinad divarı məqsədilə 20 metr məsafədə tikilmiş svaylar deformasiyaya uğrayıb.

Hadisəyə həmin ərazidən keçən 1200 mm-lik su borusunun köçürülməsi zamanı su axıntısı səbəb olub.

Çökmə baş verən ərazidə təmir-bərpa işləri aparılır.

Xəbər lenti

Xəbər lenti