...

Bakının polis bölməsində baş verən ölüm faktına aydınlıq gətirildi

Hadisə Materials 3 Oktyabr 2012 13:28 (UTC +04:00)
Bakı Şəhər Prokurorluğu və Baş Rolis İdarəsinin mətbuat xidmətləri polis idarəsində baş verən ölüm faktı ilə bağlı birgə rəsmi məlumat yayıblar
Bakının polis bölməsində baş verən ölüm faktına aydınlıq gətirildi

Azərbaycan, Bakı, 3 oktyabr / Trend müxbir K.Zərbalıyeva/

Bakı Şəhər Prokurorluğu və Baş Rolis İdarəsinin mətbuat xidmətləri polis idarəsində baş verən ölüm faktı ilə bağlı birgə rəsmi məlumat yayıblar.

Trend-ə daxil olan məlumata görə, sentyabrın 2-nə keçən gecə Bakı şəhər sakinləri 1991-ci il təvəllüdlü Korobeynikov Rauf Aydın oğlu və 1996-cı il təvəllüdlü Əliyev Amil Eldar oğlu Sabunçu rayonu 1-ci Zabrat qəsəbəsində vət.Ə.Haqverdiyevaya məxsus mağazadan, qapını sındırmaq yolu ilə ərzaq məhsulları, səhər saat 05 radələrində Bakıxanov qəsəbəsində E.Məmmədova məxsus "Yeddi gözəl" mağazasından, satıcının yatmasından istifadə edərək, iki ədəd mobil telefon oğurlamış, saat 05.30 radələrində həmin qəsəbənin Bakıxanov parkında 1995-ci il təvəllüdlü Yəhyayev Namiq Əsəd oğlunu bıçaqla hədələyərək zor tətbiq etməklə, mobil telefonunu quldurluq yolu ilə talamışlar.

Həmin gün Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan cinayətləri törətməkdə şübhəli olan R.Korobeynikov və A.Əliyev müəyyən olunaraq RPİ-yə gətirilmiş və RPİ İŞ-də AR CM-nin 181.2.1 və 181.2.5 maddələri ilə başlanmış cinayət işi üzrə müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra saat 16 radələrində şübhəli şəxs qismində saxlanılmışlar.

Müəyyən olunmuşdur ki, AR CM-nin 177.2.2 , 172.2.3, 85.2 və 69.4 maddələri ilə Sabunçu Rayon Məhkəməsinin 10.10.2008-ci il tarixli, eləcə də CM-nin 172.2.3 maddəsi ilə Nizami Rayon Məhkəməsinin 11.06.2012-ci il tarixli hökmləri ilə əvvəllər məhkum olunmuş A.Korobeynikov 1 salı ruhi-əsəb dispanserində məcburi müalicə kursu da keçmişdir.

02.10.2012-ci il tarixdə axşam saat 20 radələrində A.Korobeynikov müstəntiqin otağında sahə inspektorunun və zərərçəkmiş N.Yəhyayevin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən qəflətən özünü pis hiss etmiş, təcili tibbi yardımın çağırılmasına və bütün zəruri tibbi yardımın göstərilməsinə baxmayaraq, ilkin rəyə görə, ürək çatışmazlığından vəfat etmişdir.

Mərhumun meyiti ekspertizaya göndərilmiş və yaxınlarının iştirakı ilə baxış keçirilərkən onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmamışdır.

Hazırda Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti