...

Türkiyə Suriya ərazisini yenidən atəşə tutub

Hadisə Materials 4 Oktyabr 2012 10:51 (UTC +04:00)
Türkiyənin Silahlı Qüvvələri Suriyanın sərhəd ərazilərini yenidən atəşə tutub. Bu, artıq dünən Suriya ərazisindən Şanlıurfa şəhərindəki yaşayış evinə düşən mərmi nəticəsində bir neçə nəfərin ölməsi və yaralanmasından sonra gün ərzində ikincidir.
Türkiyə Suriya ərazisini yenidən atəşə tutub

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Silahlı Qüvvələri Suriyanın sərhəd ərazilərini yenidən atəşə tutub. Bu, artıq dünən Suriya ərazisindən Şanlıurfa şəhərindəki yaşayış evinə düşən mərmi nəticəsində bir neçə nəfərin ölməsi və yaralanmasından sonra gün ərzində ikincidir. Trend-in məlumatına görə, bu barədə "CNN Turk" telekanalı xəbər verir.

Kanalın məlumatına görə, Suriya ərazisinin yenidən atəşə tutulmasına yerli vaxtla saat 06:45-də başlanıb.

Qeyd edək ki, çərşənbə günü Suriya ərazisindən atılan mərminin Türkiyə ərazinə düşməsi nəticəsində 5 nəfər ölüb. Türkiyə KİV-in məlumatına görə, ərazi Suriyanın hökumət qüvvələri tərəfindən atəşə tutulub.

Türkiyə atəşə cavab olaraq dünən axşam Suriya ərazisinə zərbələr endirib. NATO və BMT Suriyadan Türkiyəyə qarşı istənilən aksiyanı dərhal dayandırmağı tələb edib. Suriya hakimiyyəti həlak olanların ailələrinə başsağlığı verib və insidenti araşdırmağa başlayıb.

Sentyabrın ortalarında da Türkiyə ərazisindəki bir neçə evə Suriya tərəfdən atılan mərmi düşmüşdü. Həmin vaxt üç nəfər yaralanmışdı.

Xəbər lenti

Xəbər lenti