...

FHN Ələt-Astara yolunda ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 10 Oktyabr 2012 09:44 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına verdiyi məlumata görə, Astara rayonunda Ələt-Astara yolunun 295-ci kilometrliyində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili və “MAN” markalı yük avtomobili toqquşub.
FHN Ələt-Astara yolunda ağır yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ələt-Astara yolunda ağır yol qəzası olub, iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına verdiyi məlumata görə, Astara rayonunda Ələt-Astara yolunun 295-ci kilometrliyində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili və "MAN" markalı yük avtomobili toqquşub.

Nəticədə, hər iki avtomobil deformasiyaya uğrayıb, "VAZ" markalı minik avtomobilində olan 2 nəfər sərnişin xəsarət alıb və xəstəxanaya aparılıblar.

Həmin avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü Abıyev Azad Ataxan oğlu və sərnişini 1985-ci il təvəllüdlü Məmmədov Sahib Bəşir oğlu isə hadisə yerində vəfat edib.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti