...

Bakı metrosunda qatarın hərəkətində problem yaranıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 10 Oktyabr 2012 13:29 (UTC +04:00)
Bakı Metropoliteninin "Azadlıq" stansiyasına hərəkət edən qatar "Nizami" və "Elmlər Akademiyası" stansiyaları arasında qalıb.
Bakı metrosunda qatarın hərəkətində problem yaranıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteninin "Dərnəgül" stansiyasına hərəkət edən qatar "Nizami" və "Elmlər Akademiyası" stansiyaları arasında qalıb. Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, maşinist sərnişinlərə vaqonda texniki problemin yarandığını elan edib.

Bakı Metropolitenindən Trend-ə məlumatı təsdiqləyiblər. Məlumata görə, qatarda texniki problem yarandığından, həmin vaqon depoya aparılıb. Sərnişinlər isə stansiyada boşaldılıb.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qatarda yaranan sıxlıq zamanı 18-20 yaşlı iki qızın vəziyyəti pisləşib. Onlara tibbi yardım göstərilib.

Eyni zamanda, bir müddət qatarların cədvəl üzrə hərəkətində problem yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti