...

Mərkəzi Univermaqdan oğurluq edən qadın saxlanılıb

Hadisə Materials 15 Oktyabr 2012 13:13 (UTC +04:00)
Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin sentyabr ayının 23-də Mərkəzi Univermaqda, Fidan Hacıyevaya məxsus mağazadan da 1 ədəd üzük oğurlaması müəyyən edilib.
Mərkəzi Univermaqdan oğurluq edən qadın saxlanılıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Mərkəzi Univermaqdan oğurluq edən qadın saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 13-də Səbail rayonu ərazisində, Mərkəzi Univermaqda, Bakı şəhər sakini Yaqut Dadaşovaya məxsus mağazadan 1 ədəd brilyant üzüyü oğurlamağa cəhd göstərmiş şəhər sakini Rəna Kazımova Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Sonrakı araşdırmalar aparılması üçün Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə təhvil verilib.

Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin sentyabr ayının 23-də Mərkəzi Univermaqda, Fidan Hacıyevaya məxsus mağazadan da 1 ədəd üzük oğurlaması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti