...

Azərbaycanda həbsxanaya mobil telefon və telefon kartları keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 15 Oktyabr 2012 14:33 (UTC +04:00)
Azərbaycanda həbsxanaya mobil telefon və telefon kartları keçirilməsinin qarşısı alınıb.
Azərbaycanda həbsxanaya mobil telefon və telefon kartları keçirilməsinin qarşısı alınıb  (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda həbsxanaya mobil telefon və telefon kartları keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, oktyabrın 14-də Qobustan həbsxanasında cəza çəkən məhkum Vüqar Zülfüqar oğlu Talıbovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu vətəndaş Emin Çingiz oğlu Lazımovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı içərisində yemək olan 7,5 litirlik "Gold Fix" adlı plastmas boya qabının gizli saxlanc yerindən 3 ədəd "Nokia", 1 ədəd "Samsunq" markalı mobil telefon aparatları, Sim, Cin, Nar kartları, mobil telefon üçün nəzərdə tutulmuş ekran, mobil telefon üçün nəzərdə tutulmuş batareya, mobil telefon qulaqcığı və mobil telefon üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısının başlıq hissəsi aşkar edilərək götürülüb.

1991-ci il təvəllüdlü Talıbov Cinayət Məcəlləsinin oğurluq (177.2.2; 177.2.3; 66.5) maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti