...

Bakıda 69 yaşlı qadın qətlə yetirilib

Hadisə Materials 18 Oktyabr 2012 09:49 (UTC +04:00)
Qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
Bakıda 69 yaşlı qadın qətlə yetirilib

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda 69 yaşlı qadın qətlə yetirilib.

Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 17, mənzil 29-da 1943-cü il təvəllüdlü Vera Kərimovanın meyiti tapılıb.

Meyitə ilkin baxış zamanı onun boğularaq öldürüldüyü məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci) maddəsi ilə iş başlayıb.

Qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti