...

Bakıda ağır yol qəzasında ölən və yaralananların kimliyi açıqlanıb

Hadisə Materials 25 Oktyabr 2012 13:05 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Yasamal rayonu ərazisindəki Yeni Dairəvi yolda baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb, hadisə nəticəsində ölən və xəsarət alanların adlarını açıqlayıb.
Bakıda ağır yol qəzasında ölən və yaralananların kimliyi açıqlanıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Daxili İşlər Nazirliyi Yasamal rayonu ərazisindəki Yeni Dairəvi yolda baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb, hadisə nəticəsində ölən və xəsarət alanların adlarını açıqlayıb.

Trend cümə axşamı Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Məlumatda bildirilir ki, oktyabrın 24-də saat 22.10 radələrində Yasamal rayonu ərazisindəki Yeni Dairəvi yolda Ağdam rayon sakini Mübariz Şirinovun idarə etdiyi "Mercedes" markalı avtobusla Qəbələ rayon sakini Elşən Seyidovun idarə etdiyi "Ford" markalı, Bakı şəhər sakinləri Nizami Abbasovun idarə etdiyi "Opel" markalı, Rəfayel Kərimovun idarə etdiyi "Mercedes" markalı, Qəşəm Rzayevin idarə etdiyi "TOFAŞ" markalı, Nurəddin Əmrullayevin idarə etdiyi "VAZ-21010" markalı, Ağsu rayon sakini Xəlil Qasımovun idarə etdiyi "QAZel" markalı və "PAZ" markalı avtomaşınlar toqquşub.

Sonradan "Mercedes" markalı avtobusda, "Mercedes" markalı avtomobildə, "QAZel" və "PAZ" markalı avtomaşınlarda yanğın baş verib. Nəticədə qeyd edilən avtomaşınların yanar konstruksiyaları yanmış, M.Şirinov və hadisə yerində olan Tovuz rayon sakini Hafiz Şirinov ölmüş, xəsarət almış X.Qasımov, E.Seyidov və sərnişinlərdən Bakı şəhər sakinləri Tahir Yusubov, Əli Lətifov, Murad İsmayılov, Cəlilabad rayon sakini Mircəmil Məmmədov, Gəncə şəhər sakini Rəis Abbasov, Şahbuz rayon sakini Qulu Quliyev, Sumqayıt şəhər sakini Məhəmməd Hüseynov xəstəxanaya yerləşdiriliblər.

Onlardan Q.Quliyevin və R.Abbasovun vəziyyətləri qənaətbəxş, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Hazırda Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti