...

Azərbaycanda bir günün "yol terroru": 4 ölü, 17 yaralı

Hadisə Materials 3 Noyabr 2012 13:33 (UTC +04:00)
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, noyabrın 3-də saat 00:05 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla 40-45 yaşlı kişi vurulub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş həmin kişi orada ölüb.
Azərbaycanda bir günün "yol terroru": 4 ölü, 17 yaralı

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Ötən gün respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, noyabrın 3-də saat 00:05 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla 40-45 yaşlı kişi vurulub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş həmin kişi orada ölüb.

Noyabrın 2-də saat 00:30 radələrində Xaçmaz şəhəri ərazisində şəhər sakini Bəhruz Bədəlov "VAZ-21063" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini Natiq Lətifovu vurub. Nəticədə xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Noyabrın 2-də saat 21:15 radələrində İmişli rayonunun Qaralar kəndi ərazisində rayon sakini Əli Hüseynov "VAZ-2107" markalı avtomaşını idarə edərkən yolu keçən kənd sakini Əhliman Orucovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Həmin gün saat 23:20 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Həmid Həmidovun idarə etdiyi "VAZ-2106" və Tovuz şəhər sakini Tahir Müseyibovun idarə etdiyi "Mitsubishi" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış Həmidov xəstəxanaya aparılarkən yolda ölüb.

Noyabrın 2-də saat 21:30 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Şərəf Səmidova vurulub. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Noyabrın 2-də saat 20:30 radələrində Bakının Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Elvin Yusifov vurulub. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

Ötən gün saat 08:30 radələrində Saatlı rayonu ərazisində İmişli rayon sakini Ceyhun Cəfərov "KamAZ" markalı avtomaşını idarə edərkən onu elektrovoza vurub. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti