...

Türkiyədə avtobusla tramvay toqquşub, 25 nəfər yaralanıb

Hadisə Materials 1 Fevral 2013 13:23 (UTC +04:00)
Bu gün Türkiyənin Konya şəhərində tramvay sərnişin avtobusu ilə toqquşub.
Türkiyədə avtobusla tramvay toqquşub, 25 nəfər yaralanıb

Azərbaycan, Bakı, 1 fevral / Trend, müxbir A.Tağıyeva /

Bu gün Türkiyənin Konya şəhərində tramvay sərnişin avtobusu ilə toqquşub. Trend-in məlumatına görə, bu barədə cümə günü "Habertürk" onlayn qəzeti məlumat yayıb.

Yol qəzası nəticəsində 25 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Qəzanın səbəbləri dəqiqləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti