...

Bakıda Türkiyə vətəndaşını soymuş daha bir şəxs tutuldu

Hadisə Materials 4 Fevral 2013 15:36 (UTC +04:00)
Türkiyə vətəndaşı Ulucay Zəkiyə qarşı quldurluq etmiş şəxs tutulub.
Bakıda Türkiyə vətəndaşını soymuş daha bir şəxs tutuldu

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İzzət/

Türkiyə vətəndaşı Ulucay Zəkiyə qarşı quldurluq etmiş şəxs tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də Türkiyə vətəndaşı Ulucay Zəkiyə qarşı quldurluq etmiş İsa Əzizov tutulub.

Qeyd edək ki, yanvarın 19-da naməlum şəxslər İ.Qutqaşınlı küçəsində yaşayan Türkiyə vətəndaşı Ulucay Zəkiyə bıçaqla hədə-qorxu gələrək 2000 manatını və mobil telefonunu əlindən almışdı.

Yasamal RPİ CAŞ və 26-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Əzizov və Samir Arzumanov yanvarın 20-də yaxalanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti