...

Azərbaycanda dəm qazından zəhərlənmədən 1 nəfər ölüb, 5 nəfər xəstəxanaya gətirilib

Hadisə Materials 5 Fevral 2013 12:39 (UTC +04:00)
Ötən gün dəm qazından zəhərlənmədən 1 nəfər ölüb, 5 nəfər xəstəxanaya gətirilib
Azərbaycanda dəm qazından zəhərlənmədən 1 nəfər ölüb, 5 nəfər xəstəxanaya gətirilib

Azərbaycan, Bakı, 5 fevral / Trend müxbir M.Əliyev/

Ötən gün Azərbaycanda dəm qazından zəhərlənmədən 1 nəfər ölüb, 5 nəfər xəstəxanaya gətirilib. Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verilən məlumatına görə, Salyan rayonunun Kərimbəyli kənd sakini Piranə Hüseynova dünən evində dəm qazından zəhərlənərək ölüb.

Gəncə şəhər sakini Validə Tağılı, Sumqayıt şəhər sakinləri Zəminə İsgəndərova, Nurəddin Şahmarov, Elnarə Allahverdiyeva və Abşeron rayon sakini Bəsirə Eyvazova isə evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti