...

Xəzər dənizinin Bakı sahillərində kişi meyiti tapılıb

Hadisə Materials 5 Fevral 2013 17:59 (UTC +04:00)
Trend FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonu ərazisində dənizdə 1 nəfərin cəsədi olması barədə məlumat daxil olub.
Xəzər dənizinin Bakı sahillərində kişi meyiti tapılıb

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İzzət/

Xətai rayonunda dənizdən bir nəfərin cəsədi çıxarılıb.

Trend FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonu ərazisində dənizdə 1 nəfərin cəsədi olması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində bu gün saat 15:15 radələrində 1 nəfər naməlum kişi cəsədi suda aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti