...

Bakıda restoranda baş verən silahlı insidentlə bağlı cinayət işinə başlanılıb

Hadisə Materials 6 Fevral 2013 10:04 (UTC +04:00)
Fevralın 6-na keçən gecə Bakıda Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən “Elbaro” restoranında baş verən atışma hadisəsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır aparılır.
Bakıda restoranda baş verən silahlı insidentlə bağlı cinayət işinə başlanılıb

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İzzət/

Fevralın 6-na keçən gecə Bakıda Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən "Elbaro" restoranında baş verən atışma hadisəsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır. Bu barədə Trend-in sorğusuna cavab verərkən Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Qeyd edək ki, restoranda baş verən silahlı insident nəticəsində iki nəfər yaralanıb.

Bunlar - Aydın Məmmədzadə və onun oğlu Emin Məmmədzadədir. Güllə yarası alan hər iki şəxs xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti