...

Samur-Abşeron kanalında qadın meyiti tapılıb

Hadisə Materials 6 Fevral 2013 18:06 (UTC +04:00)
Samur-Abşeron kanalının Xızı rayonu, Giləzi qəsəbəsindən keçən hissəsində vətəndaşlar tərəfindən cəsəd aşkar olunub.
Samur-Abşeron kanalında qadın meyiti tapılıb

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Samur-Abşeron kanalının Xızı rayonu, Giləzi qəsəbəsindən keçən hissəsində vətəndaşlar tərəfindən cəsəd aşkar olunub.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 1943-ci il təvəllüdlü Danielova Qızəptə Əlövsət qızının cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti