...

Şamaxıda 17 yaşlı yeniyetmə intihar edib

Hadisə Materials 8 Fevral 2013 09:49 (UTC +04:00)
Şamaxı rayonunda 17 yaşlı yaşlı yeniyetmə naməlum səsəblərdən intihar edib
Şamaxıda 17 yaşlı yeniyetmə intihar edib

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İzzət/

Şamaxı rayonunda 17 yaşlı yeniyetmə naməlum səsəblərdən intihar edib

Şamaxı Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, fevralın 7-də Şamaxı rayonu Qaravəlli kəndində həmin rayonda anadan olan və orada yaşayan 1996-cı il təvəllüdlü Məmmədov Aqşin Gülmirzə oğlu intihar etmək məqsədilə yaşaydığı evin həyətindəki qoz ağacından özünü saman ipi ilə asıb.

Qohumları tərəfindən asılmış vəziyyətdə aşkar edilən yeniyetmə dərhal xəstəxanaya çatdırılıb, lakin Məmmədovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada ölüb.

Meyit müayinə olunmaq üçün ekspertizaya təqdim edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəs i(Özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti