...

Azərbaycanda bir ayda 7 min piyada məsuliyyətə cəlb olunub

Hadisə Materials 8 Fevral 2013 13:02 (UTC +04:00)
Yanvar ayında Azərbaycanda yol hərəkəti qaydalarını pozduğuna görə 7 min piyada inzibati məsuliyyətə cəlb olunub.
Azərbaycanda bir ayda 7 min piyada məsuliyyətə cəlb olunub

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İzzət/

Yanvar ayında Azərbaycanda yol hərəkəti qaydalarını pozduğuna görə 7 min piyada inzibati məsuliyyətə cəlb olunub. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Əliyevin sözlərinə görə, ötən il piyadaların vurulması ilə nəticələnən yol qəzalarında 393 nəfər ölüb. Bunlardan 103 ölüm faktı piyadaların yol hərəkəti qaydalarını pozmasına görədir.

O bildirib ki, əvvəlki illərlə müqayisədə piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələri 13-14 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti