...

Güclü qar çovğunu 3 kanadalının həlak olmasına, 38 nəfərin yaralanmasına səbəb olub

Hadisə Materials 9 Fevral 2013 06:29 (UTC +04:00)
Kanadanın Ontario vilayətində baş vermiş güclü qar çovğunu ən azı 3 kanadalının həlak olmasına səbəb olub. İTAR-TASS xəbər verir ki, onlardan ikisi qol qəzası nəticəsində həlak olub. Hamiltonda isə 80 yaşlı qadın evindən qarı təmizləyərkən, yıxılıb və başını yaralayıb.
Güclü qar çovğunu 3 kanadalının həlak olmasına, 38 nəfərin yaralanmasına səbəb olub

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Kanadanın Ontario vilayətində baş vermiş güclü qar çovğunu ən azı 3 kanadalının həlak olmasına səbəb olub. İTAR-TASS xəbər verir ki, onlardan ikisi qol qəzası nəticəsində həlak olub. Hamiltonda isə 80 yaşlı qadın evindən qarı təmizləyərkən, yıxılıb və başını yaralayıb.

Verilən məlumata görə, təkcə Torontoda 350 yol-nəqliyyat hadisəsi baş verib. Küçələrə 900 qaryığan maşın buraxılıb. Güclü çovğun, eyni zamanda, Toronto beynəlxalq hava limanında 900 aviareysin təxirə salınmasına səbəb olub.

Bununla yanaşı, Preskot rayonu ərazisindəki avtomagistralda qəzalar ucbatından uzunluğu 45 kilometrə çatan tıxac meydana gəlib. Həmçinin, şəhərlərarası avtobusun aşması nəticəsində 38 nəfər yaralanıb, avtobusun sürücüsü isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti