...

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 9 Fevral 2013 10:05 (UTC +04:00)
Bakı şəhərinin Sabunçu rayonunda “SHACMAN” markalı 2 yük avtomobili toqquşub.
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bakı şəhərinin Sabunçu rayonunda "SHACMAN" markalı 2 yük avtomobili toqquşub.

Trend-in şənbə günü Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücülərdən biri hadisə yerində ölüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti