...

Balakəndə bıçaqlanma hadisəsi baş verib

Hadisə Materials 9 Fevral 2013 21:26 (UTC +04:00)
Trend Kanal S-ə istinadən xəbər verir ki, Balakən rayonunun Kortala kəndində ailə münaqişəsi zəminində bıçaqlanma baş verib.
Balakəndə bıçaqlanma hadisəsi baş verib

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Trend Kanal S-ə istinadən xəbər verir ki, Balakən rayonunun Kortala kəndində ailə münaqişəsi zəminində bıçaqlanma baş verib. Ata və oğul arasında yaranan mübahisə xoşagəlməz hadisə ilə sona çatıb. Balakən Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Kortala kənd sakinləri 1963-cü il təvəllüdlü Rizvan İsayev, oğlu 1990-cı il təvəllüdlü Rasim İsayevlə evdə yeyib-içəndən sonra aralarında mübahisə yaranıb. Ata və oğul arasında gərginləşən mübahisə sonradan onların bir-birinin üzərinə bıçaq çəkməsi ilə nəticələnib.

Belə ki, Rizvan İsayev oğluna bir neçə bıçaq zərbəsi endirib. Elə oğul da atasından geri qalmayıb. Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaxınları tərəfindən Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlər Rasim İsyaevin vəziyyətinin orta-ağır olduğunu bildirir. Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Rizvan İsayevə ilkin tibbi yardım göstəriləndən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb. İlkin məlumatlara əsasən, Rizvan İsayev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Xəbər lenti

Xəbər lenti