...

Bakıda məktəb direktorunun otağındakı kameraların blok sxemi dağıdılıb

Hadisə Materials 11 Fevral 2013 10:45 (UTC +04:00)
Bakının Nizami rayonundakı 251 saylı məktəb direktorunun otağının şüşəsi sındırılıb və onun içindəki kameraların blok sxemi dağıdılıb.
Bakıda məktəb direktorunun otağındakı kameraların blok sxemi dağıdılıb

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bakının Nizami rayonundakı 251 saylı məktəb direktorunun otağının şüşəsi sındırılıb və onun içindəki kameraların blok sxemi dağıdılıb.

Məktəb direktoru Nurqələm Bayramova bazar ertəsi Trend-ə bildirib ki, otağın pəncərə şüşəsi sındırıldıqdan sonra otaqdan heç bir əşya oğurlanmayıb. Yalnız otaqda kameraları nəzarətdə saxlayan blok sxemi sındırılıb. Direktorun fikrincə, bu hadisə məktəbin şagirdi tərəfindən törədilib.

"Pəncərələr sındırıldıqdan sonra otaq dağıdılıb. Mən belə nəticə çıxarmışam ki, bu, uşaq işidir. Çünki mən mərtəbələrə kameralar yerləşdirmişəm. Onun vasitəsilə şagirdlərin hərəkətini izləyirdim. İndi ola bilsin ki, bu, hansısa şagirdə xoş gəlməyib", - direktor deyib.

Bayramova bu hadisəni törədən şagirdin hələ müəyyənləşdirilmədiyini söyləyib.

O, hazırda hadisə ilə əlaqədar Nizami rayon 24 saylı Polis Şöbəsi tərəfindən tədqiqatların aparıldığını söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti