...

Lənkəranda kişi meyiti aşkar edilib

Hadisə Materials 11 Fevral 2013 19:42 (UTC +04:00)
Lənkəranda kişi meyiti aşkar edilib.
Lənkəranda kişi meyiti aşkar edilib

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Lənkəranda kişi meyiti aşkar edilib.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, bu gün saat 15:00 radələrində Lənkəran rayonunun Liman şəhərində naməlum kişi meyiti tapılıb. Meyit yerli sakinlər tərəfindən Liman şəhərinin yaşayış binalarının arxasında, Xəzər dənizi sahilində qrunt sularının yığıldığı göldə aşkarlanıb.

Meyit şəxsiyyətinin tanınması və xarici-daxili müayinəsi üçün Lənkəran rayon məhkəmə tibbi ekspertizasına aparılıb. Xarici müayinə zamanı meyitin üzərində hər hansı bir zorakılıq əlaməti aşkar edilməyib. Ölümün səbəbi isə daxili orqanların müayinəsindən sonra məlum olacaq.

Hazırda faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti