...

Bakı-Tümen qatarında 3 kq-dan çox marixuana aşkar edilib

Hadisə Materials 12 Fevral 2013 12:57 (UTC +04:00)
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin əməkdaşları Xaçmaz rayonu ərazisindən keçən Bakı-Tümen qatarının 11-ci vaqonunun 9-cu yerinə gömrük baxışı keçiriblər. Həmin yerin sərnişini gömrükçülərə 1 ədəd əl çantasını təqdim edərək bildirib ki, çantada ona məxsus şəxsi əşyalar var.
Bakı-Tümen qatarında 3 kq-dan çox marixuana aşkar edilib

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Bakı-Tümen qatarında 3 kq-dan çox marixuana aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin əməkdaşları Xaçmaz rayonu ərazisindən keçən Bakı-Tümen qatarının 11-ci vaqonunun 9-cu yerinə gömrük baxışı keçiriblər. Həmin yerin sərnişini gömrükçülərə 1 ədəd əl çantasını təqdim edərək bildirib ki, çantada ona məxsus şəxsi əşyalar var. Lakin həmin şəxs heç bir sənədə malik olmadığını bildirib və özünü "Kazımov Rövşən Göyüş oğlu" kimi təqdim edib.

Sonra onun və iki nəfər hal şahidinin iştirakı ilə sözügedən əl çantasına baxış keçirilib. Bu zaman çantanın içindəki üstü polietilen paketlə örtülmüş kisədə, eləcə də sərnişinin oturduğu oturacağın üzərindəki döşəkçənin altında olan kibrit qutusunda, həmçinin üzərində şəxsi yoxlama zamanı şalvarının cibindəki kibrit qutusunda qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar edilən qurudulmuş marixuana narkotik vasitə olaraq kustar üsulla hazırlanıb və xalis çəkisi 3 kq 152,21 qram təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti