...

Minlərlə kanadalı işıqsız qalıb

Hadisə Materials 19 Fevral 2013 03:58 (UTC +04:00)
Kanadanın Atlantik okeanı sahillərində yerləşən vilayətlərində qar çovğunun başlaması nəticəsində təxminən 14 min ev isıqsız qalıb.
Minlərlə kanadalı işıqsız qalıb

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Kanadanın Atlantik okeanı sahillərində yerləşən vilayətlərində qar çovğunun başlaması nəticəsində təxminən 14 min ev isıqsız qalıb. Trend-in İnterfaksa istinadən verdiyi məlumata görə, Nyu-Bransuikedə 40 santimetrə qədər qar yağıb. Kvebek vilayətindən şərqə doğru qarın qalınlığı 60 santimetrədək artıb. Nyufaundlend adasından qərbə doğru əsən küləyin sürəti isə 170 km/s olub.

"Bir sıra rayonlarda elektrik dirəkləri aşıb, bəzi yerlərdə elektrik xətləri isə qarın ağırlığından qırılıb" - deyə məlumatda bildirilir.

"10 metrəlik dalğalar isə sahildəki gəmiləri aşırıb" - deyə Qalifaks xilasetmə mərkəzinin leytenantı Piter Rayan bildirib.

Havanın sərt keçməsilə əlaqədar olaraq, məktəblər, yollar bağlanıb, aviareyslər təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti