...

İrandan gələn Azərbaycan vətəndaşı daxili orqanlarında narkotik vasitələr daşıyarkən yaxalanıb

Hadisə Materials 19 Fevral 2013 12:11 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin sərnişin şöbəsində maraqlı hadisə yaşanıb.
İrandan gələn Azərbaycan vətəndaşı daxili orqanlarında narkotik vasitələr daşıyarkən yaxalanıb

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İzzət/

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin sərnişin şöbəsində maraqlı hadisə yaşanıb.

DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Şakir Salmanovun əşyaları və özü üzərində şəxsi yoxlama aparılıb.

Salmanovun çanta və bağlamalarında qeyri-qanuni heç nə aşkar edilməsə də, onun daxili orqanlarında narkotik vasitələr daşıdığı məlum olub.

Belə ki, baxış zamanı onun daxili orqanından 1 ədəd bağlamada çəkisi 22 qram olan narkotik vasitə - heroin və çəkisi 5 qram olan narkotik vasitə - həşiş aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti