...

İrandan gələn daha bir Azərbaycan vətəndaşı narkotik vasitə ilə yaxalanıb

Hadisə Materials 20 Fevral 2013 11:51 (UTC +04:00)
Asatara Gömrük İdarəsində İrandan gələn Aəzrbaycan vətəndaşının üzərində həşiş qətranı aşkar edilib.
İrandan gələn daha bir Azərbaycan vətəndaşı narkotik vasitə ilə yaxalanıb

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İzzət/

Asatara Gömrük İdarəsində İrandan gələn Aəzrbaycan vətəndaşının üzərində həşiş qətranı aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Rasim Ağayevin üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı Ağayevin üzərindən 1 ədəd bükümdə, xalis çəkisi 29,82 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdrma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti