...

Bakının Xətai rayonunda yol-nəqliyyat qəzasında 1 nəfər yaralanıb

Hadisə Materials 24 Fevral 2013 02:07 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonunda yol-nəqliyyat qəzası olması haqqınada məlumat daxil olmuşdur. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Bakının Xətai rayonunda yol-nəqliyyat qəzasında 1 nəfər yaralanıb

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonunda yol-nəqliyyat qəzası olması haqqınada məlumat daxil olmuşdur. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "MG" markalı minik avtomobili yol kənarındakı daş hasara çırpılmışdır. Nəticədə sürücü ağır deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmışdır.

Xilasedicilər təhlükəsizlik tədbirlərinə riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxardaraq aidiyyəti üzrə təhvil vermişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti