...

NASCAR yarışında 33 nəfər yaralanıb

Hadisə Materials 24 Fevral 2013 11:06 (UTC +04:00)
ABŞ-ın Florida ştatının Deyton-Biç şəhərinin beynəlxalq avtomobil yarışları meydanında keçirilən NASCAR assosiasiyasının sürətli maşın yarışında baş vermiş qəza nəticəsində 33 nəfər yaralanıb. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, əvvəl 15 nəfərin yaralanması haqqında məlumat verilirdi
NASCAR yarışında 33 nəfər yaralanıb

Azərbaycan, Bakı, 24 fevral /Trend/

ABŞ-ın Florida ştatının Deyton-Biç şəhərinin beynəlxalq avtomobil yarışları meydanında keçirilən NASCAR assosiasiyasının sürətli maşın yarışında baş vermiş qəza nəticəsində 33 nəfər yaralanıb. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, əvvəl 15 nəfərin yaralanması haqqında məlumat verilirdi.

Maşınların toqquşması final xəttinə birinci çatan Reyqan Smitin onu ötüb keçmək istəyən Bred Kazelovskinin qarşısını alarkən baş verib. Buna görə də, yarışlarda ilk dəfədir ki, iştirak edən Kayl Larson qonşu avtomobilə dəyib. Zərbə o qədər güclü olub ki, Larsonun 32№ maşını havaya qalxıb və tamaşaçılarla yarış meydanını ayıran beton səddə çırpılıb.

Məhz, bu toquşma nəticəsində maşınların dağılmış hissələri, həmçinin, bir təkər izləyiciləri yaralayıb. Yaralanmış 33 nəfərdən 14-nün vəziyyəti ağır olduğundan yerli xəstəxanaya aparılıblar.

Lakin sürücülərdən heç biri xəsarət almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti