...

Bakıda qardaş qatili yaxalandı

Hadisə Materials 25 Fevral 2013 12:54 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 24-də Binəqədi rayonunda yaşayan Vasif Maqsudov ailə münaqişəsi zəminində qardaşı Asifi bıçaqla qətlə yetirib.
Bakıda qardaş qatili yaxalandı

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İzzət/

Qardaşını qətlə yetirmiş Binəqədi rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 24-də Binəqədi rayonunda yaşayan Vasif Maqsudov ailə münaqişəsi zəminində qardaşı Asifi bıçaqla qətlə yetirib.

V.Maqsudov Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti