...

Bakıda qanunsuz etiraz aksiyası zamanı polisə qarşı zor tətbiq edən şəxs yaxalanıb

Hadisə Materials 25 Fevral 2013 17:35 (UTC +04:00)
Bakıda 5 ay öncə qanunsuz etiraz aksiyası zamanı polisə qarşı zor tətbiq edən şəxs yaxalanıb.
Bakıda qanunsuz etiraz aksiyası zamanı polisə qarşı zor tətbiq edən şəxs yaxalanıb

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda 5 ay öncə qanunsuz etiraz aksiyası zamanı polisə qarşı zor tətbiq edən şəxs yaxalanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 05.10.2012-ci il tarixdə Təhsil Nazirliyinin qarşısında keçirilən qanunsuz aksiya zamanı ictimai qaydanı kobud surətdə pozduğuna və polisə zor tətbiq etməklə müqavimət göstərdiyinə görə axtarışda olan şübhəli şəxs tutulub.

Azərbaycan Cinayət Məcəlləsinin 233 və 315.2-ci maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Bakı şəhər sakini, Nərimanov rayonunda qeydiyyatda olan Rzayev Elşad Fikrət oğlu fevralın 24-nə keçən gecə gizləndiyi Suraxanı rayonu, Yeni yaşayış sahəsində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti