...

İran vətəndaşı İstanbuldan Tehrana təyyarənin yük bölməsində uçub

Hadisə Materials 26 Fevral 2013 13:04 (UTC +04:00)
Adı dəqiqləşdirilməyən İran vətəndaşı İstanbuldan Tehrana Türkiyənin "Atlasjet" aviaşirkətinə məxsus təyyarənin yük bölməsində uçub.
İran vətəndaşı İstanbuldan Tehrana təyyarənin yük bölməsində uçub

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir A.Tağıyeva/

Adı dəqiqləşdirilməyən İran vətəndaşı İstanbuldan Tehrana Türkiyənin "Atlasjet" aviaşirkətinə məxsus təyyarənin yük bölməsində uçub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin "Hürriyyət" qəzeti xəbər yayıb.

O, əvvəlcə aeroportun təyyarələrə yerüstü xidmətlə məşğul olan əməkdaşlarının paltarını geyinərək İran paytaxtına uçan hava gəmisinin yük bölməsinə daxil ola bilib.

İran vətəndaşı yük bölməsində artıq Tehranda huşunu itirmiş vəziyytədə tapılıb. Aeroportdan xəstəxanaya aparılan bu şəxsin həyatı üçün təhlükə olmadığı bildirilir.

İstanbulun Atatürk aeroportunda faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti