...

Gəncədə silah gəzdirən şəxs həbs edilib

Hadisə Materials 26 Fevral 2013 19:49 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə polisinin uğurlu əməliyyatı nəticəsində üzərində silah gəzdirən şəxs yaxalanıb. Belə ki, Gəncə sakini 22 yaşlı Elcan Elxan oğlu Əliyevin üzərində döyüşə yararlı olan 1 ədəd “Naqan” sistemli revolver tapança və 6 ədəd “Naqan” sistemli tapançadan atəş açmaq üçün döyüş sursatı aşkar edilərək götürülüb.
Gəncədə silah gəzdirən şəxs həbs edilib

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Gəncədə silah gəzdirən şəxs yaxalanıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə polisinin uğurlu əməliyyatı nəticəsində üzərində silah gəzdirən şəxs yaxalanıb. Belə ki, Gəncə sakini 22 yaşlı Elcan Elxan oğlu Əliyevin üzərində döyüşə yararlı olan 1 ədəd "Naqan" sistemli revolver tapança və 6 ədəd "Naqan" sistemli tapançadan atəş açmaq üçün döyüş sursatı aşkar edilərək götürülüb.

Elcan Əliyev istintaqa ifadəsində bildirib ki, o tapançanı Gəncə çayından tapıb və polisə təhvil verməkdən çəkinib.

Əliyevin barəsində 2 ay müddətində qəti-həbs imkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti