...

Bakıda bağ evində meyit aşkar edilib

Hadisə Materials 4 Mart 2013 10:19 (UTC +04:00)
Pirşağıda bir nəfər özünü asaraq intihar edib.
Bakıda bağ evində meyit aşkar edilib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

Pirşağıda bir nəfər özünü asaraq intihar edib.

Sabunçu rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 3-də Sabunçu rayonu Pirşağı qəsəbəsində qəsəbə sakini, 1963-cü il təvəllüdlü Əliyev Şakir Firudin oğlunun bağ evində meyiti aşkarlanıb.

Əliyevin özünü asaraq intihar etdiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti