...

Bakıda piyadanı vurub qaçan sürücü tutularaq istintaqa cəlb edilib

Hadisə Materials 7 Mart 2013 17:50 (UTC +04:00)
Paytaxtın hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücülərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Bakıda piyadanı vurub qaçan sürücü tutularaq istintaqa cəlb edilib

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İzzət/

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücülərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Trend Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatına istinadən xəbər verir ki, fevralın 27-də saat 06:50 radələrində paytaxtın Yasamal rayonu ərazisində, İnşaatçılar prospekti, 24 ünvanında naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq piyada Əbdülova Badam Rəcəb qızını vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən yol nəqliyyat hadisəsinin "Mersedes Benz-C 200" markalı "10-VX-861" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Bakı şəhər sakini Həsən Abbasov tərəfindən törədilməsi müəyyən edilib.

Cinayətin törədilməsində şübhəli bilinən H.Abbasov martın 4-də tutularaq istintaqa cəlb olunmuş və ona Cinayət Məcəlləsinin qeyd olunan maddələrilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti