...

Bakı-Şamaxı yolunda qəza baş verib

Hadisə Materials 1 Aprel 2013 04:44 (UTC +04:00)
Bakı-Şamaxı yolunda yol qəzası baş verib. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Bakı-Şamaxı yolunda qəza baş verib

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Bakı-Şamaxı yolunda yol qəzası baş verib. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Şamaxı yolunun 44-cü kilometrliyində 2 "Mercedes" və 1 "VAZ" markalı minik avtomobilləri toqquşmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, deformasiyaya uğramış "Mercedes" markalı avtomobildə 1 nəfər sərnişin xəsarət almış və sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sərnişini avtomobildən çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti