...

Bakıda vətəndaşların malına qənim kəsilən oğru yaxalanıb

Hadisə Materials 1 Aprel 2013 12:36 (UTC +04:00)
Bakıda mənzillərdən külli miqdarda oğruluq edən şəxs yaxalanıb.
Bakıda vətəndaşların malına qənim kəsilən oğru yaxalanıb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda mənzillərdən külli miqdarda oğruluq edən şəxs yaxalanıb.

Bakı Şəhər BPİ mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN BCAİ, NHİX, BPİ NHİX, TŞX, Yasamal RPİ CAŞ və 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Eldəniz Hüseynov martın 31-də yaxalanıb.

Hüseynov martın 24-ü saat 22 radələrində Ə.Ələkbərov küçəsində yaşayan Əsgər Budaqovun mənzilindən 11 min manat, 1 min avro pulu, 16 min manat dəyərində qızıl-zinət əşyalarını, Elmira Pirverdiyevanın mənzilindən isə 16 min manat pulu və 70 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti