...

Ucarda qatar intihar edən gəncin başını bədənindən ayırdı

Hadisə Materials 1 Aprel 2013 17:16 (UTC +04:00)
Ucar rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 31-dən aprelin 1-nə keçən gecə təxminən saat 03:00 radələrində Bakı-Böyük Kəsik dəmiryol xəttinin Ucar rayonu ərazisindən keçən hissəsində intihar hadisəsi baş verib.
Ucarda qatar intihar edən gəncin başını bədənindən ayırdı

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Ucar rayonunda 18 yaşlı gənc özünü qatarın altına ataraq intihar edib.

Ucar rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 31-dən aprelin 1-nə keçən gecə təxminən saat 03:00 radələrində Bakı-Böyük Kəsik dəmiryol xəttinin Ucar rayonu ərazisindən keçən hissəsində intihar hadisəsi baş verib.

Ucar şəhər, Azərbaycan küçəsi, 2 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Kamran Ağaismayıl oğlu Atayev özünü qatarın altına atıb. Nəticədə qatar onun başını bədənindən ayırıb.

İntihar etmiş Atayevin cibindən öz əli ilə yazdığı məktub tapılıb. Məktubda 18 yaşlı gənc artıq həyatdan bezdiyi üçün özünü öldürmək qərarına gəldiyini göstərib.

Qeyd edək ki, hadisə baş verən yolla intensiv olaraq yük və sərnişin qatarları hərəkət edir. Ona görə də qəzadan sonra hadisənin baş verdiyi 4-cü yol təqribən bir saata yaxın bağlı qalıb.

Hadisə ilə bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. Faktla əlaqədar araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti