...

Çayxanalardakı televizorların qənimi tutuldu

Hadisə Materials 1 Aprel 2013 18:52 (UTC +04:00)
Trend Cənub TV-yə istinadən məlumat verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Masallı şəhərindəki çayxanalardan televizorları oğurlayan şəxsi tutublar. Məlum olub ki, çayxanalarda oğurluq edən şəxs Masallı şəhər sakini 21 yaşlı Salmanov Hikmət Natiq oğludur.
Çayxanalardakı televizorların qənimi tutuldu

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Çayxanalarda televizorların qənimi olan şəxs tutulub.

Trend Cənub TV-yə istinadən məlumat verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Masallı şəhərindəki çayxanalardan televizorları oğurlayan şəxsi tutublar. Məlum olub ki, çayxanalarda oğurluq edən şəxs Masallı şəhər sakini 21 yaşlı Salmanov Hikmət Natiq oğludur.

30 mart, gecə saat 03:00 radələrində saxlanılan Hikmət Salmanov Masallı şəhər sakini Ağayev Hikmət Hacıağa oğlunun yaşadığı evin yaxınlığında yerləşən ona məxsus çayxananın qapısını sındırmaqla qanunsuz olaraq içəri daxil olub. Oradan divara quraşdırılan 2564 manat dəyərində 1 ədəd 140 sm diaqonallı "Samsung" markalı televizoru və dəyəri ümumilikdə 400 manat olan 3D eynəkləri, DVD diskləri gizli olaraq talayıb. Əldə etdiyi qənimətləri isə yaşadığı evdə gizlədib.

Keçirilən əməliyyat zamanı hadisəni törətmiş Hikmət Salmanov yaxalanaraq istintaqa təhvil verilib. Salmanov tutduğu əməldən peşman olduğunu deyib və bunu maddi imkansızlıqla əlaqələndirib.

İstintaqın gedişi zamanı müəyyən edilib ki, saxlanılan şəxs 2012-ci ildə də eyni üsulla daha bir cinayət hadisəsi törədib.

Qeyd edək ki, bu, Hikmət Salmanovun ilk məhkumluğu olacaq. Hazırda onun digər cinayətlərdə əli olub-olmadığı araşdırılır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti