...

ABŞ-da 75 avtomobilin iştirakı ilə qəza baş verib

Hadisə Materials 1 Aprel 2013 20:41 (UTC +04:00)
ABŞ-ın Virciniya ştatında 75 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
ABŞ-da 75 avtomobilin iştirakı ilə qəza baş verib

Azərbaycan, Bakı, 1 aprel /Trend/

ABŞ-ın Virciniya ştatında 75 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Trend-in bazar ertəsi "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib.

Ştat polisinin məlumatına görə, zəncirvari qəza Virciniya və Şimali Karolina sərhədi yaxınlığında, şosedə baş verib.

3 nəfərin öldüyü qəzada 20-dən çox adam xəsarət alıb. Qəza baş verdiyi an ərazidə sıx dumanın olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti