...

Xaçmazda 11 yaşlı oğlanı maşın vurub

Hadisə Materials 1 Aprel 2013 23:20 (UTC +04:00)
Axşam saatlarında Xaçmaz şəhəri ərazisində 11 yaşlı oğlanı maşın vurub. Trend-in məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Xaçmazda 11 yaşlı oğlanı maşın vurub

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Axşam saatlarında Xaçmaz şəhəri ərazisində 11 yaşlı oğlanı maşın vurub. Trend-in məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

23 yaşlı Xaçmaz rayonu Qobuqırağı kənd sakini Saleh Niftəliyevin idarə etdiyi 10 GC 093 qeydiyyat nişanlı "Niva" markalı avtomobil yolu keçmək istəyən piyada 11 yaşlı rayonun Köhnə Xaçmaz kənd sakini Rəsul Həbibovu vurub. O, dərhal Xaçmaz MRX-nın travmatologiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik deyil. Yaxınlarının bildirdiyinə görə, qəza Rəsul Həbibov dükandan mal alıb yolu keçib evə qayıdarkən baş verib.

Xaçmaz RPŞ-da aparılan araşdırmaların sonunda hadisəyə hüquqi qiymət veriləcək.

Xəbər lenti

Xəbər lenti