...

Baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Hadisə Materials 2 Aprel 2013 01:19 (UTC +04:00)
Gün ərzində baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Gün ərzində baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Məlumatda deyilir ki, Quba şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonun üzlüyü qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Ağdaş rayonu, Şıxlı kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan qamışdan ibarət heyvan yatağı yanıb.

Yaxınlıqdakı digər yataqlar yanğından mühafizə olunub.

Yanğın saat 22:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti